Daha bir erməni zabiti Azərbaycana casusluq etdiyinə görə həbs olundu
QARŞI TƏRƏF

Oktyabrın 15-də Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin zabiti “xarici kəşfiyyata” casusluq etdiyinə görə həbs edilib.

 

Milli Təhlükəsizlik Xidməti Hərbi Əks-kəşfiyyat İdarəsi müəyyən edib ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin taqım komandiri “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub və ələ alınıb.

 

2022-ci ilin yanvarından iyuna qədər o, pul müqabilində “döyüş mövqeləri, rabitə, batalyon komanda-müşahidə məntəqələri, mövqelər arasındakı məsafələr, onların avadanlığı haqda  sənəd və məlumatları sosial şəbəkə vasitəsilə xarici kəşfiyyata ötürüb, bununla da dövlətə xəyanət edib”.

 

Zabit həbs edilib və etirafedici ifadə verib.

 

Məlumatda bu zabitin casusluq etdiyi xarici ölkənin adı çəkilmir. Ancaq təxmin etmək çətin deyil ki, cəbhədəki mövqelər barədə məlumatlar ancaq Azərbaycanı maraqlandıra bilər.

 

Qeyd edək ki, bu, Azərbaycanın xeyrinə casusluqda ittiham olunan sayca 43-cü Ermənistan vətəndaşıdır. Bu ittihamlarla həbs edilənlərin əksəriyyəti hərbi qulluqçulardır və onların bəzisi bölmə komandirləridir. İttiham olunan şəxslərin bir hissəsi İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra cəlb olunub. ("Turan")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.