Ukrayna müharibəsi Azərbaycan banklarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan bank sisteminə təsirini açıqlayıb.


AMB-dən verilən məlumata görə, bu ilin birinci yarısında yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırıb. "Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub" - AMB-dən bildirilib.


Həmçinin, qeyd edilib ki, mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir. Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər.


Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır.


AMB-dən o da vurğulanıb ki, ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcud olsa da, hal-hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.