Ərdoğan Putinlə qarşıdakı görüşündən danışdı – “MÜZAKİRƏLƏRİ İKİLİKDƏ APARACAĞIQ, ÜÇÜNCÜ ŞƏXS OLMADAN…”
 
“Qismət olarsa, sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır”.
 
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
 
O qeyd edib ki, səfər zamanı iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq: “Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Müzakirələri hər hansı üçüncü şəxsin iştirakı olmadan aparacağıq".
 
Ərdoğan əlavə edib ki, Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: "Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik”.
 
Türkiyə lideri onu da bildirib ki, beşlik və ya altılıq platforması adlandırdıqları əməkdaşlıq variantı ilə bağlı hazırda Ermənistanın baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırlar və bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacaqlar: “Bölgədə sülhün yaradılması məsələsini önəmli bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.