İlqar Məmmədovdan Əli Kərimliyə sərt sual...
“O MƏLUMATI HAKİMİYYƏT DAXİLİNDƏN SİZƏ KİM ÖTÜRÜB?”

“AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: Bazarertəsi, oktyabrın 24-də Milli Məclisdə "Partiyalar haqqında" qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən Sizə kim ötürüb? Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!”.


Bunu ReAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. 

 

O, Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə "Partiyalar haqqında" qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib: “Təcili olaraq o Bazarertəsinə mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı Sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz hazırda mənə ReAL-ın hakimiyyətlə şəffaf dialoqundan daha maraqlı görünür”, - deyə İ.Məmmədov qeyd edib.


Senzor.az xatırladır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-də saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbilə etiraz aksiyası keçirmək qərarına gəlib.

 

Partiya sədri Əli Kərimli bildirib ki, bununla bağlı şəhər rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib.

 

Onun sözlərinə görə, aksiyasının əsas tələbi sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasıdır.

Aksiyada azad seçkilərin keçirilməsi, kardinal demokratik islahatların aparılması tələbləri də irəli sürüləcək.

 

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının mitinq keçirmək barədə müraciətini məqsədəuyğun hesab etməyərək imtina cavabı verib.

 

Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli Turan-a bildirib ki, aksiya istənilən halda baş tutacaq, çünki şəhər rəhbərliyinin cavabı qanunsuzdur. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.