
Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Senzor.az bildirir ki, son zamanlar onun istefasını istəyən deputatların sayı artmışdı. Buna səbəb isə Baş nazir Liz Trass və maliyyə nazirinin iqtisadi qarışıqlığa səbəb olan minibüdcə elanı olub.
Qeyd edək ki, maliyyə naziri Kvasi Kvartenq ən böyük vergi endirimi paketini elan etdikdən sonra Böyük Britaniya iqtisadiyyatı böyük təlatümlərə məruz qaldı və funt sterlinq ABŞ dolları qarşısında rekord səviyyəyə endi.
Onu da qeyd edək ki, Liz Trass bu vəzifəyə 45 gün əvvəl seçilmişdi.