Erməni milyarder Qarabağ separatçılarının “dövlət naziri” olmağa razılaşdı
"STRATEJİ MƏQSƏDLƏRİNİ" NOYABRIN ƏVVƏLİNDƏ ELAN EDƏCƏK

"Ermənistan və Qarabağ ətrafında cərəyan edən siyasi proseslər, mübaliğəsiz həm Ermənistanın, həm də erməni dünyasının taleyinin asılı olduğu Qarabağ probleminin həlli ətrafında vəziyyətin gərginləşməsi məni çox narahat edir".

 

Ermənistan KİV-i xəbər verir ki, bunu Rusiyadan Qarabağa köçən milyarder Ruben Vardanyan deyib.

 

“Mən başa düşürəm ki, daha uzun müddət düşünməyə vaxtım yoxdur. Bu vəziyyətdə mənim “Artsax xalqı”nın yanında olmaqdan və “Artsax”ın gələcəyi üçün üzərimə məsuliyyət götürməkdən başqa yolum qalmır”, - Vardanyan bildirib.

 

O deyib ki, bir ay yarım ərzində Qarabağdakı erməni siyasi və ictimai xadimləri, müxtəlif rayonların və müxtəlif sosial qrupların nümayəndələri ilə keçirdiyi görüşlər və qarşılıqlı əlaqələr əmin edib ki, onun “Artsaxın dövlət naziri” vəzifəsinə namizədliyi dəstəklənir: “İnsanlar məni “Artsaxın dövlət naziri” kimi görmək istəyirlər”.

 

Ruben Vardanyan qeyd edib ki, bütün “sağlam qüvvələri” öz ətrafında birləşdirəcək, Qarabağdakı separatçı rejimi böhrandan çıxarmaq üçün real işlərə rəhbərlik edəcək məsul lider olmağa çalışacaq.

 

“Noyabrın əvvəlində mən rəsmi olaraq “Artsaxın dövlət naziri” vəzifəsini icra edəcəyəm və o zaman strateji məqsədlərimizi, həll edilməli olan prioritet məsələlərimizi təqdim edəcəyəm, həmçinin atılacaq ilk addımlar barədə məlumat verəcəyəm. Oktyabrın sonuna kimi komandanın formalaşdırılmasına və planlarımıza yönəlmiş görüşləri davam etdirəcəyəm”, - deyə Vardanyan əlavə edib.(Modern.az) 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.