İsveçin yeni Baş naziri Ərdoğana məktub yazdı - TERRORÇULARIN ANKARAYA EKSTRADİSİYASINA ZƏMANƏT VERDİ
TÜRKİYƏ LİDERİNDƏN REAKSİYA

İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

 

“Aftonbladet” nəşri xəbər verir ki, məktubda İsveçin NATO-ya üzv olmaq üçün atdığı addımlar, o cümlədən Stokholmun terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Ankaranın müraciətlərinə dərhal baxacağına zəmanət verəcəyi yer alıb.

 

Qeyd olunub ki, üçtərəfli sazişin bütün əsas elementləri üzrə konkret tədbirlər görülüb. Məktubda deyilir ki, İsveç terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dərhal və hərtərəfli həll etməyi öhdəsinə götürür.

 

Baş nazir əlavə edib ki, İsveç təhlükəsizlik xidmətləri PKK terror qruplaşmasına qarşı fəaliyyətini gücləndirib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin yeni Baş naziri Ulf Kristerssonun onunla terrorçuların ekstradisiyası məsələsi ilə bağlı görüş keçirmək təklifinə müsbət reaksiya verib: “Mən bu ideyanı bəyəndim və ölkəmizdə görüşməyə hazıram. İsveçin yeni Baş naziri terrorizmə və terrorçulara qarşı fəal mübarizənin tərəfdarıdır”.

 

“Report” xatırladır ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.