
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.
Senzor.az bildirir ki, paylaşımda deyilir:
“Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!”
