
Rusiyalı ermənipərəst hərbi jurnalist, “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov oktyabrın 23-də Donetskin Vodiane kəndi yaxınlığında, cəbhə xəttində minaya düşərək ayağından yaralanıb.
Senzor.az bildirir ki, bu barədə layihənin “Telegram” kanalında məlumat verilib.
Onun təxliyəsi ilə bağlı kadrlar da yayılıb.
Peqovun sağ ayağının iki barmağının sındığı, ayaqlarında kəsiklərin olduğu bildirilsə də, onun həyatına təhlükə olmadığı deyilir.
Qeyd edək ki, Peqov 44 günlük savaşda erməni təbliğatı aparması və dezinformasiya yayması ilə azərbaycanlılara yaxşı tanışdır.