
ABŞ Demokratlar Partiyasının sol qanadından olan 30 nəfərlik konqresmenlər qrupu Prezident Co Baydeni Ukraynadakı müharibə ilə bağlı strategiyasını kökündən dəyişməyə çağırıb.
"The Washington Post" xəbər verir ki, onlar Baydenə həm də Rusiya rəhbəri Vladimir Putinlə birbaşa danışıqlar aparmağa çağırış ediblər.
Nəşrin yazdığına görə, bazar ertəsi bir qrup konqresmen tərəfindən Ağ Evə göndərilən məktub Baydenə bu mövzuda təzyiq göstərə bilər.
Demokratlar xüsusilə ABŞ-ın minlərlə insanın ölümünə və 13 milyon insanın didərgin düşməsinə səbəb olan uzun sürən müharibəyə son qoymaq üçün Rusiya ilə müntəzəm dialoq aparmamasından narahatdırlar.