İran Prezidenti: Şirazdakı teraktı törədənlər cəzasız qalmayacaq

İran Prezidenti İbrahim Rəisi Şiraz şəhərində baş verən terror aksiyasına münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib.

 

Senzor.az bildirir ki, İran Prezident Administrasiyasının yaydığı açıqlamada belə deyilir.

 

İbrahim Rəisi vəhşicəsinə törədilən bu terror aksiyasının cavabsız qalmayacağını bildirib. O qeyd edib ki, həzrət Əhməd bin Musanın müqəddəs ziyarətgahında törədilən bu terror aksiyası nəticəsində qadın və qocalar qətlə yetirilib. Ölkə rəhbəri İslam İnqilabının düşmənlərinin törətdiyi cinayətlərin sırasına birinin də əlavə olunduğunu təəssüflə qeyd edib. O, cinayətkarların məhkəmə qarşısında cavab verməli olacaqlarını bildirib.

 

İran Prezidenti bəyan edib ki, ziyarətgaha hücum edib günahsız insanları öldürməklə düşmən öz çarəsizliyini göstərir. Bununla düşmən İran xalqını parçalamağa, ölkənin tərəqqisinin qarşısını almağa çalışır ki, məqsədinə nail olsun.

 

Qeyd edək ki, oktyabrın 26-da axşam saatlarında 3 nəfər şəxs Şirazdakı Şah Çırağ məscidinə daxil olaraq ibadət edən insanları avtomat tipli silahdan atəşə tutublar. Nəticədə 45 nəfər həlak olub, xeyli yaralı var.

 

Şiraz şəhərinin yerləşdiyi Fars vilayətinin valisi Məhəmməd Hadi İmaniyyə jurnalistlərə bildirib ki, terrorçulardan biri ziyarətgahın mühafizəçisi tərəfindən yaralanaraq saxlanılıb. Vali bildirib ki, terrorçu yaralı olduğu üçün hələlik danışa bilmir, lakin onun yarası sağaldıqdan sonra olanlar barədə məlumat verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.