İranda etirazlar yeni mərhələyə keçir - VİDEO

İranda sentyabr ayının ortalarından başlayıb fasiləsiz şəkildə davam edən xalq etirazları hakimiyyətin bütün təbliğatına, təhlükəsizlik qüvvələrinin getdikcə artan zorakılıq və təzyiqlərinə rəğmən səngimək bilmir.

 

Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.

 

Xüsusən Məhsa Əmini adlı gənc qadının küçə etirazlarının başlamasına təkan rolunu oynamış ölümünün qırxıncı günü əhalinin hakimiyyət əleyhinə çıxışlarının daha da güclənməsi ilə əlamətdar oldu.

 

Bununla bərabər, son dövrdə baş vermiş bəzi olaylar etirazların keyfiyyətcə yeni mərhələyə daxil olmasından xəbər verir.

 

Söhbət son günlər ölkənin Qərbi Azərbaycan və Mazadaran, daha öncə isə Sistan və Bəluçistan əyalətlərində baş verən hadisələrdən gedir.

 

Bu hadisələr onu meydana çıxardı ki, İran hakimiyyətinin etirazçılara qarşı zorakılıq və basqıları, o cümlədən əhaliyə qarşı odlu silahdan istifadə edilməsi əks nəticə verir və xalq dirənişinin daha da artmasına səbəb olur. Başqa sözlə, rejimin xalq etirazlarını boğmaq sahəsində dəfələrlə sınaqdan keçirilmiş ənənəvi taktikası bu dəfə özünü doğrultmur.

 

Daha ətraflı süjetdə:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.