Hindistanda körpü faciəsi – ÖLÜ SAYI 140 NƏFƏRİ KEÇDİ
YENİLƏNİB, FOTO


Hindistanın Qucarat ştatında asma kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə çatıb.

 

Bu barədə yerli NDTV məlumat yayıb.

 

Bildirilib ki, itkin düşənlərin axtarışı davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.

 

**21:54(30.102022)



Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 90 nəfəri keçib.

 

Bu barədə NDTV kanalı məlumat yayıb. 


Daha 70 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

 

Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəsmi orqanlar qurbanların sayının artmaqda davam edəcəyini istisna etmirlər.

 

**20:31


Hindistanın Qucarat ştatında kanatlı körpü uçub, nəticədə azı 40 nəfər ölüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə baş verərkən Maççxu çayı üzərindəki Morbi körpüsünün üstündə 500-ə yaxın insan olub. Körpü dağılıb və 100-dən çox insan su altında qalıb.

 

Xilasedicilər hazırda hadisə yerindədir. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.

 

Qeyd edək ki, 140 il əvvəl tikilən körpü yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin istifadəsinə verilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.