Məktəblərimizi urvatsiz edən kimlərdir? - DEPUTAT TƏHSİL NAZİRİNİN KEÇMİŞ MÜAVİNİNİ İTTİHAM ETDİ

Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev “Facebook” səhifəsindəki statusunda Bakıdakı məktəblərlə, direktorlarla bağlı kəskin iradlar bildirib. Xüsusən də təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevanın ünvanına.

Senzor.az məsələnin aktuallığını nəzərə alaraq həmin qeydləri oxucularına təqdim edir. Bəri başdan bildiririk ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
**
Bir valideyn sosial şəbəkədə yazır: "249 saylı məktəbə yeni direktor təyin olunub. Azərbaycan dilində konkret olaraq danışa bilmir, adamın diqqəti ancaq onun aksentində qalır. Səhər dərslərin açılışı üçün etdiyi çıxışını üzdən Elmar Məmmədyarovsayağı hıqqana-hıqqana zülmlə oxudu...".
217 nömrəli tam orta məktəbin   direktoru şagird və valideynlərin qarşısında çıxış edəndə 27 sentyabr "Anım günün"ə "Zəfər günü", 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibə deyib.
 
20 nömrəli  orta məktəbdə dərs növbəsi davası gedir və valideynlər ölkə rəhbərliyinə müraciət üçün imza toplayırlar. Direktor Məhəbbət Vəliyevanın qohumudur. Bu məktəbdə 1-ci siniflərə şagird qəbulundakı maxinasiyalar dillər əzbəridir, məktəbin təhsil mühiti günü-gündən aşılanır. 
 
Direktorların bir qismini 65 yaşı tamam olan kimi çıxarırlar, digər bir qisminin isə yaşı 70-i ötüb, lakin onlara “gözün üstə qaşın var” deyən yoxdur. Bu nə kriteriyadır?
 
Zərifə Əliyeva adına liseyə hələ direktor təyin olunmamış (vəzifəni icra edir) gənc xanım (Məhəbbət Vəliyevanın qohumudur) ciddi yığımlara başlayıb. 
 
Heydər Əliyev adına liseyin direktoru pandemiya vaxtı məşhur bir toyda iştirak etdiyinə görə töhmət alıb, ancaq sanki heç nə baş verməmiş kimi yenə də iş başındadır.
İstədiyini edir.
 
Bir məktəb direktoru (60 nömrəli məktəb) öz səhifəsində sahibi olduğu "Gözəllik salonu"nu və Stomatoloji klinikasını reklam edir.
Digər biri isə rəhbərlik etdiyi hazırlıq kursunu təbliğ edir. 


Bunlar hələ gözə görünənlərdir. 

Məktəbi bu günə salan kimlərdir? Yeni təyin olunmuş məktəb direktorlarının seçimində ciddi nöqsanlara yol verilməsi barədə kifayət qədər faktlar var... Heç bir məktəb təcrübəsi olmayanlar məktəblərə gətirilirlər. 

 
P.S. Məktəbi idarə edən görünməyən əllər var. Onlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Məlumata görə, bu xanım 25-dən çox qohumunu və rəfiqəsini Bakının gözəgəlimli məktəblərinə direktor təyin edib və indi də onları idarə edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.