
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilir.
Senzor.az-ın məlumatına görə, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar.

**13:07
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.
Əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daha ətraflı məlumat veriləcək.