Prezidentin yüksək vəzifə verdiyi Arif Səmədov məşhur jurnalistin oğludur - YENİLƏNİB, FOTO

Xəbər verdiyimiz kimi, dövlət başçısı  İlham Əliyev bu gün Arif Vasif oğlu Səmədovu  Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsinə təyin edib.

 

Senzor.az bildirir ki, Arif Səmədov Moskva Dövlət Universiteti Diplomatiya fakültəsinin məzunu, siyasət üzrə fəlsəfə doktorudur. Bu təyinatadək iki il idi ki, Prezidentin Protokol xidmətinin rəis müavini vəzifəsində çalışırdı.

 

Yeri gəlmişkən, Arif Səmədov məşhur azərbaycanlı jurnalist Vasif Səmədovun oğludur.

 

Əməkdar jurnalist Vasif Səmədov “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “ Araz” mükafatlarının və “Oqonyok” jurnalının laureatıdır.

 

Əslən Masallı rayonundan olan V.Səmədov Amerika Biblioqrafiya İnstitutu Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edir.

 

O, jurnalistikaya “Azərbaycan pioneri” qəzetindən başlayıb. Sonra Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyskiy fermer” qəzetlərində, “Oqonyok” jurnalında və “Literaturnaya qazeta”da çalışıb.

 

Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrində işləyib...

 

Onun  bir neçə dilə tərcümə olunmuş, müxtəlif ölkələrin geniş oxucu kütlələrinə çatdırılmış, 20 Yanvar faciəsini təsvir edən “Müdaxilə”, Azərbaycanın Milli qəhrəmanlarının həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitabları çıxıb. O, “Beynəlxalq kütləvi informasiya vasitələri”   dərsliyinin də müəllifidir.

 

Vasif Səmədov informasiya blokadasını yaran, Qarabağ həqiqətlərini dünyaya yayan ilk jurnalistlərdəndir. Onun təşəbbüsü ilə 1996-cı ildə “Oqonyok” jurnalının bütöv bir nömrəsi Azərbaycan Respublikasına həsr olunmuşdu.

 

Vasif Səmədov “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin həmmüəlifidir.

 


**15:28


Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Arif Vasif oğlu Səmədov vəzifəsindən azad edilib.


Senzor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncasm verib.


Dövlət başçısı digər sərəncamla Arif Vasif oğlu Səmədovu Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.