
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada keçirilən MDB təhlükəsizlik şuraları katiblərinin onuncu illik toplantısı çərçivəsində Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.
Senzor.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.
Görüşdə regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib.
Qeyd edək ki, N.Patruşev Ermənistandan olan həmkarı Armen Qriqoryanla da görüş keçirib.