
ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etməyə çağırıb.
Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Birləşmiş Ştatlar, həmçinin Ukraynadan Rusiya Federasiyası ilə yalnız Vladimir Putin hakimiyyətdən getdikdən sonra danışmaq mümkün olacağına dair ictimai mövqeyindən əl çəkməsini xahiş edir. 
“ABŞ rəsmiləri ukraynalı həmkarlarının Putinin hazırda danışıqlara ciddi yanaşmaması ilə bağlı qiymətləndirmələrini bölüşsələr də, etiraf edirlər ki, Zelenskinin Rusiya lideri ilə danışıq aparmaq qadağası Avropa, Afrika və Latın Amerikasında qida və yanacaq təminatına, eləcə də onların qiymətinə böyük təsir göstərib”, - deyə məlumatda qeyd olunub.