“Bakılı oğlanlar”ın üzvü anti-Azərbaycan mövqeyi ilə məşhur olan ermənini işə götürdü - TAHİR İMANOV və BƏHRAM BAĞIRZADƏDƏN REAKSİYA
FOTO

Rusiyanın NTV kanalının baş prodüseri, “Bakılı oğlanlar” KVN komandasının üzvü Teymur Vaynşteynin rəhbərlik etdiyi “Weit media”nın yeni layihəsinin aparıcısı dəfələrlə anti-Azərbaycan müraciətləri edən erməni əsilli teleaparıcı Qarik Martirosyandır.

 

Olay.az xəbər verir ki, istər müharibə dövründə, istərsə də müharibədən sonra Azərbaycan əleyhinə çıxışlar edən Martirosyan gələn il yayımlanacaq “Konfetka” adlı musiqi proyektinə aparıcılıq edəcək.

 

Vətənpərvər mövzuda hər zaman özünü irəli “atan”, anti-Azərbaycan layihələri, çarxları və çağırışlarında ən aktiv simalardan olan Martirosyan “Maska” şousunda münsif olan zaman proqramın sponsoru Azərbaycan çay brendini içməkdən də imtina etmişdi. Yeri gəlmişkən, Qarikdən başqa münsiflər heyətinin digər üzvləri - Filip Kirkorov, Valeriya, Reqina Todorenko və Timur Rodrigesin qarşısında da “Azərçay”ın loqosu olan fincanlar yer almışdı.

 

Məlumat üçün bildirək ki, “Weit media” televiziya proqramları, eləcə də bədii filmlər və seriallar istehsal edən şirkətdir. 2009-cu ilin avqustunda təsis edilib və onun təsisçisi Teymur Vaynşteynin soyadının ilk üç hərfi (Vai) və adının ilk hərfinin (T) şərəfinə adlandırılıb.

 

2015-ci ilin sonuna qədər Vaynşteyn “White Media”nın təkcə yaradıcısı deyil, həm də baş prodüseri olub.

 

Senzor.az bildirir ki, sayt Teymur Vaynşteynin yeni layihəsinə erməni əsilli Qarik Martirosyanın aparıcılıq etməsi ilə bağlı “Bakılı oğlanlar” KVN komandasının keçmiş üzvlərindən münasibət öyrənməyə çalışıb. 

Əməkdar artist Tahir İmanov açıqlamasında Rusiya kanallarına müdaxilə etmək istəmədiyini bildirib: “Bu insan kanalın baş prodüseridir, rəhbəri deyil. Bir vətəndaş kimi, yəqin ki, etirazını bildirə bilərdi. Amma o, Rusiya vətəndaşıdır, Azərbaycan vətəndaşı deyil. Artıq uzun illərdir ki, Azərbaycandan ayrılıb, çoxdan burada yaşamır. Daha dəqiq desək, 1996-cı ildən Rusiya vətəndaşıdır. O ki qaldı Rusiya kanalları, Rusiya vətəndaşlığı, mən onlara müdaxilə etmirəm və etmək də istəmirəm.

 

Çünki çox pozitiv bir insanam, əhval-ruhiyyəm gözəldir, torpaqlarım azad olunub. Mən niyə belə pozitiv notlarıma qəmgin notlar qatmalıyam ki, hansısa kanalın baş prodüseri ermənini işə götürüb?.. Biz ilk növbədə sənət adamıyıq, tamaşaçılara da pozitiv ötürmək lazımdır”.

 

Əməkdar artist Bəhram Bağırzadə isə münasibət bildirməkdən ümumiyyətlə  boyun qaçırıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.