DTX müharibənin ilk günlərində minlərlə hərbçimizin mühasirəyə düşməsinin qarşısını necə alıb? - XÜSUSİ ƏMƏLİYYAT
VİDEO

Vətən müharibəsinin ilk günlərində Ermənistanın Gorusda yerləşən Birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün bir plan qurmuşdu. Hətta Ermənistanın ordu komandanlığı siyasi rəhbərliyi əmin etmişdi ki, qurulan tələ ilə onlar bir neçə gün ərzində Azərbaycan Ordusu üzərində böyük qələbə qazanacaqlar. Ancaq Dövlət Təhlükəsizliyi Xidməti bunun qarşısını yüksək peşəkarlıqla alıb.

 

Bu barədə “Xəzər TV”də yayımlanan “Qartal Zirvədə” adlı sənədli filmdə söhbət açılıb.

 

“Bu üç qrup tərəfindən həyata keçirilməsi nəzərdə tutulan plana əsasən, Azərbaycan Müdafiə Nazirliyinin hardasa 3 briqadadan ibarət bölmələri Araz çayı boyunca maksimum dərəcədə dərinə buraxılmalı və onların üç istiqamətdə təminat yolları kəsilməli idi. Mühasirəyə salmağın əsas məqsədi ondan ibarət idi ki, Silahlı Qüvvələrimizin irəliləməsinin qarşısı alınsın. Lakin bu plan əvvəlcədən ifşa olundu. Tərəfimizdən əməliyyat planları əldə edildi və bu barədə rəhbərliyə məruzə olundu. Nəticədə o istiqamətdə düşmənin özü mühasirəyə saldındı”, – deyə filmdə Dövlət Təhlükəsizliyi Ximədinin mənsubu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.