
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edib.
Xatırladaq ki, toplantı Özbəkistanın Səmərqənd şəhərində keçirilir.
**0918

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü başlayıb.
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamlayıb və çıxış edib.
