Paşinyan: Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur - “İLLÜZİYALARA QAPILMAYIN”

Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Qarabağı (Azərbaycanın Qarabağ bölgəsi-red.) Azərbaycanın bir hissəsi kimi tanıyır.

 

Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya KİV - lərinə müsahibəsində deyib.

 

“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. 2007-ci ildə tanıyıb. Bunu nə vaxta qədər təsdiqləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz bunu görməməyimizdən irəli gəlir”, - deyə “İnterfaks” Paşinyanın dediklərindən sitat gətirib.

 

Jurnalistin rəsmi Bakının iddiasına əsasən, Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı fikrinə Paşinyan belə cavab verib: “Alma-Ata Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Alma-Ata Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.

 

Baş nazir bildirib ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur və illüziyaya qapılmaq lazım deyil. “Bu vəziyyətdə biz bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq və apara da bilmərik. Nə qədər ağrılı və çətin olsa da, biz bu reallıqla üzləşməliyik”, - deyə Paşinyan vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.