
Bu gün “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayevin 59 yaşı tamam olur. Bu münasibətlə qardaşı Rəşad Ağayev “Bizim era - Mirşahinin vaxtı!” adlı maraqlı bir yazı yazıb. R.Ağayev bir müddət ANS telekanalında müxbir kimi çalışıb, sonradan tamam başqa bir sahədə fəaliyyətini davam etdirib.
Senzor.az Azərbaycan mətbuatında öz fərqli yolu, dəsti-xətti, böyük xidmətləri, məktəbi olan Mir Şahinə ünvanlanan və ünvanlanacaq çoxsaylı təbriklərə qoşulur və Rəşad Ağayevin həmin yazısını oxucularına təqdim edir.
**
Sənə görə hamı respondentdir. Təsəvvürümə çox rahat gətirirəm ki, sən Allahla necə TƏMİZ SÖHBƏT edəcəksən! Hər iki dünyanın ən reytinqli söhbəti!
Materiallarını kim kəsib-doğrayacaq bilmirəm, amma SIROYundan, min dunyanın jurlastikasına dərslik çıxarmaq olar. ŞİNELİNDƏN ÇIXANLARIN BƏZİLƏRİNİN SON DÖRD İLDƏ SƏNƏ QARŞI MÜNASİBƏTİ MƏNİ PƏJMÜRDƏ EDİR, bunu deyim. İçərilərində böyüyənləri də var, şişənləri də! Təəssuf! Ümumiyyətlə, üzünə gülüb, arxanca qanışanların haqqında nə vaxtsa bomba kimi olmasa da, qumbara effektli bir yazı yazacam! Bunu sənə yox, özümə söz verirəm!
Adam altmışın bir addımlığında yerə daha yaxın olmalıdı. Sən isə daha yuxarı, göyə qalxırsan. Kəhkəşan təkcə bir cüt romantikin tamaşa yeri deyil. Oralar dua yeridir, həm də.
Əlində bu gün üzü günuta mikrofon tutan, FAKTDAN BAŞQA FAKT YOXDUR, JURNALİST ONUN RƏSULUDUR, inancına canla-başla gedən jurnalistlərin qibləsi, DÖRD CƏHƏTİ BELƏ, SƏN OLDUN!
Biri sənin açığına, digəri sənin xoşuna jurnalistikaya gəldi. BƏZİLƏRİ O YOLLA HƏTTA ŞUŞAYA KİMİ QALXDI!
Fərqi yoxdur üzü ya da arxası sənə tərəf olsun, adam, dövlət arxayındır ki, MirŞahin var! Dövlət bilir ki, hətta onun sərhəddindən, pandemiya lələkli quş(qrip)-quşluğu ilə sənin üzərindən keçib, ona təhdid, təhlükə ola bilməz.
Sərhəddimizin sınır tellərinin altından sürünə-sürünə keçmək istəyən həşəratlar da sənin ŞAHİN GÖZÜNDƏN yayınmır! Bəzən yuxarıdan təkcə gözəlliklər görünmür! ŞAHİN caynaqlarının arası, elə ona görə də, düşmənin murdar qanı ilə doludur, əzizim!
Bəzən bizim baltaların təkcə sapı özümüzdən olmur, dəmiri də, tiyəsi də özümüzünküdür! İçimiz də, çölümüz də ancaq özümüzü yandırır. BAŞQA ÖZGƏ TAPILMIR!
Ətrafımda tanıdığım elə bir adam yoxdur ki, onun həyatından ən azı bir ilğım kimi keçməyəsən.
MİRŞAHİN ONLARIN HƏYATINDA NƏ QƏDƏR VARSA, BAX O ADAMLAR BİR O QƏDƏR DƏ XOŞBƏXT OLUBLAR!
Xoşbəxt adamlar isə heç nəyin hayında olmurlar! Bəzən xoşbəxtlik hər şeyin unudulduğu gündür. Bunu sən də yaxşı bilirsən!
YADDAN ÇIXMAMIŞ ONU DEYİM Kİ, SƏN HAMININ XOŞBƏXT OLMAĞINI İSTƏMİSƏN!
ANTİBİOTİK ADAM - bəzən yandırıcı, ağrıdıcı olursan! Səndən sonra GÖBƏLƏKLƏR ÇOXALIR! Bu normal nəticədir, göynətməlidir, qaşındırmalıdır onları! Amma sağalacaqlar, düzəkəcəklər! Hələ müalicə bitməyib. Onlar Dövlət Bayrağımızın bütün rənglərinə sənin kimi baxmağa məcbur olacaqlar. Qırmızısı MirŞahin qanı kimi, Göyü MirŞahinin əqidəsi kimi təmiz, Yaşılı Mirşahinin inançı, imanı kimi!
DÖVLƏTİMİZ KİMİ DÖVLƏT YOXDUR DEYƏCƏKLƏR, ƏYƏR QƏDRİNİ BİLSƏLƏR!
ƏKS HALDA BAŞQA QÖVMLƏRİN ÇƏKDİKLƏRİNİN ON QAT ARTIĞINI ÇƏKƏCƏKLƏR! Sən bayraq işini davam elə. Yoxsa axmaqlar hər şeyi boz görəcəklər! Onlar üçün qaradan, bozdan başqa heç nə yoxdur!
Bilirəm, çoxları içində razılaşmayacaq. Amma sən olmasaydın, bəlkə də televiziya jurnalistikamız çoxdandan boş A 4 formatlı ağ kağız kəfəninə bükülmüşdü. Diri-diri basdırılmışdı jurnalistika, bəlkə də! Sən diriləşdirdin, cücərtdin. Gör nə qədər fidan jurnakistlərimiz var. Sinəsiaçıq yox, alnı, gözüaçıq. O JURNALİSTLƏRİN SİNƏLƏRİNƏ TAXDIĞI MİKROFON (petliçka) YÜZ RÜŞVƏTXORUN VERƏ BİLƏCƏYİ BOYUNBAĞIDAN MİN DƏFƏ QİYMƏTLİDİR! Onsuz da, sinədə özgə yükü olanda rahat nəfəs ala bilmir adam. QOY HƏMİŞƏ RAHAT NƏFƏS ALSIN, REAL!
Nə vaxt evdə kitab oxumaq istədim, məndən qabaq kimsə artıq onu oxumuşdu. Ən yaxşı, uğurlu cümlənin altını qaraltmışdı (göyərtmişdi). Əslində o, MirŞahin xətti idi. O vaxtdan ancaq öz razılığı ilə MirŞahin həddini, xəttini aşmağa başqalarına icazə, ixtiyar verən insan!
Sən bu millətin mikroskopusan. Yox, MEQASKOPU! Səninlə hər hüceyrəsi aydın görünür bu xalqın. Ona gorə də səndən başqa, jurnalistikada hamı molekulyar zərrəcik kimi görunür. Sən ANS - dən sonra döyüşün daha sonra haramıza yazıldığını göstərdin. DüzSən, ZirvəSən. Ona görə də sənin sinənə nəsə sancmaq istəyənləri qınama. Paxıllar da yuxarı qalxmaq istəyir. Hərəsinə onsuz da bir çox yaylaq, ƏTƏK vermisən. Uğurlar sənə və səni sevən dövlətə! Qoy hər iki tərəf heç vaxt yorulmasın.
Sən sərHƏDDsən! Sərhədlər isə onu həşəratlar aşanda, keçəndə pozulmur! Narahat olma, HƏDDİNİ AŞANLAR, ONSUZ DA ADAM DEYİL!
Sən obyektivsən, REALSAN!
Sən pisə sinə daşı, yaxşıya baş daşı oldun. Birini basdırdın, birini şərəf lövhəsi etdin.
Böyük müəllim! Sən təkcə saymağı yox, HƏM DƏ ADAM YERİNƏ QOYMAĞI, GÖRMƏMƏZLİYİ YOX, GÖRMƏYİ, QULAQARDINA VURMAĞI YOX, QULAQ ASMAĞI, YERİMƏYİ YOX, YÜRÜMƏYİ, BAXMAĞI YOX, OXUMAĞI, POZMAĞI YOX, YAZMAĞI, GƏZMƏYİ YOX, DOLANMAĞI, ÇÖKMƏYİ YOX, OTURMAĞI ÖYRƏTDİN!
ÖZÜN ÖZ YOLUNSAN, İMAM BALASI!
AZƏRBAYCAN ÜÇÜN YAŞA!
Rəşad Ağayev