
Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib: “Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”.
**19:27

İstanbulda partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.
Senzor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duran məclislərin üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir", - Ərdoğan qeyd edib.
**18:56
Türkiyənin İstanbul şəhərinin mərkəzində baş verən partlayışla bağlı yayım qadağası tətbiq edilib.
Bu barədə Türkiyənin Radio və Televizya Ali Şurası xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

**18:14
İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.
Türkiyə mediası xəbər verir ki, Yerlikaya açıqlamasında bunları deyib:
"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq".
Partlayışın səbəbi hələlik məlum deyil.
#SONDAKİKA
— TRT Haber Canlı (@trthabercanli) November 13, 2022
İstanbul Taksim İstiklal Caddesi'nde patlama meydana geldi. Çok sayıda itfaiye, polis ve sağlık ekibinin gönderildiği bölgeden son durum @trthaber’de.https://t.co/06VMhVS6gE https://t.co/Zfzk1lf9td
**17:48
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.
İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, çox sayda xəsarət alan var.
Partlayışın səbəbi hələlik məlum deyil.