
Türkiyənin İstanbul şəhərində terror hadisəsini törədən qadın saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib.
“Təxminən 6 ildir İstanbulda dünən gecə yaşadığımız kimi təsirli bir hadisə, terror hadisəsi yaşamırdıq. Təkcə bu il 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb.
Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, əvəzini daha ağır ödəməli olacaqlar. Düşünürəm ki, ABŞ-ın bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”.
Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.