Türkiyədə terror, İrana işləyən casus şəbəkəsi... - İLHAM İSMAYIL “ÇƏTİN SUAL” QARŞISINDA
VİDEO

Bazar günü İstanbulun mərkəzində piyadaların sıx olduğu küçədə baş verən partlayışda 6 nəfər ölüb, 53 nəfər yaralanıb.

 

Erməni telegram kanallarının yaydığı məlumata görə, partlayışa görə məsuliyyəti erməni terror təşkilatı "ASALA"  üzərinə götürüb.

 

Türkiyə mediasının yadığı məlumata görə isə, kamikadzenin Ciyan Tosun olduğu ehtimal edilirdi. Onun Kürdüstan Fəhlə Partiyasının üzvü olduğu bildirilirdi. Bu səbəbdən, terrorun PKK tərəfindın törədilməsi ehtimalları da yüksək idi. Saat 02:50-də həyata keçirilən əməliyyatda hadisəni törədən Əhlam Albaşir adlı Suriya vətəndaşı yaxalanıb. Həmin şəxs dindirilərkən  PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və hərəkətə keçmək üçün Afrin üzərindən qeyri-qanuni yollarla ölkəyə daxil olduğunu bildirib.

 

Azərbaycanda İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin saytının yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Turan TV-nin efirində Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışıb.

 

Senzor.az mövzunun aktuallığını nəzərə alaraq həmin söhbətin videosunu oxucularına təqdim edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.