Mərhum bəstəkarın bacısı Firəngiz Əlizadəni “yıxıb sürüdü” - ADİL BƏBİROV QOCALAR EVİNDƏ ÖLMƏYİBMİŞ...

Kanadada vəfat edən   Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Adil Bəbirovun bacısı Elmira Bağırova  LAF TV.az-a müsahibəsində  Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin bəstəkarın Kanadada  yaşadığı qocalar evində vəfat etdiyi haqda açıqlamasına münasibət bildirib. 
 
Elmira Bağırova   deyib ki, qardaşı müalicə olunduğu xəstəxanada vəfat edib: “Mən bilmirəm Firəngiz Əlizadə qardaşımın qocalar evində vəfat etdiyini hardan fikirləşib tapıb.  Qardaşımın məgər sahibi yox idi ki, qocalar evində vəfat etsin? Onun burda bircə qızı və mənim kimi bacısı var. Sadəcə Adil müəllimin ayağı sınmış, bunun nəticəsində daban hissəsi irinləmişdi. Hər şey yaxşı idi, daha yaxşı gəzməsi və sağalması üçün biz   onu  səhiyyə müəssisəsinə  yerləşdirdik və hər gün yanına gedib-gəlirdik. Vəfat etdiyi günün gecəsi müalicə olunduğu səhiyyə ocağında pianoda ifa edib və ətrafda olan hər kəs heyrət içində onu izləyib.Sanki ölüm ürəyinə damıbmış kimi. Həkimlərin müayinəsindən sonra yatıb və ayılmayıb. Firəngiz Əlizadə deyir ki, bizim onunla əlaqəmiz yoxdu. O, nə vaxt əlaqə yaradıb ki? İttifaq sədri kimi nə vaxt yada salıb qocaman bəstəkarı? Hətta Adil Bəbirov kimi insan təqaüd belə almırdı. Mənə verilən məlumata görə, qardaşımın şəklini heç İttifaqın divarından belə asmayıblar. Səbəbini də Firəngiz Əlizadə  Adil Bəbirovun  xalq artisti olmaması ilə izah edib.  Mənim qardaşım xalq artisti olmaya bilər, amma onun əsərləri Qızıl fondda saxlanılır. Çox təəssüf edirəm ki, Firəngiz Əlizadə bu cür yalan məlumat yayıb. O rəsmi adamdı, gərək dəqiqləşdirib məlumat yaysın”.
 
Elmira Bağırova onu da bildirib ki,  Adil Bəbirov Kanadada dəfn olunub: “Qardaşım uzun illər yaşadığı Kanadada dəfn olunub. Biz artıq bununla bağlı işləri görmüşük. Yaşadığımız ərazidə məscid var. Ora müraciət etdik və Adil Bəbirov müsəlman qaydaları ilə dəfn olundu.”
 
Qeyd edək ki, bəstəkarın ölümü ilə bağlı jurnalistlərin sualını cavablandıran  Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə onun qocalar evində öldüyünü  və Kanadada da dəfn olunacağını bildirib. Həmçinin əlavə edib ki, bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında Adil Bəbirovun da  əsərləri səsləndirilib.
 
Məlumat üçün bildirək ki,  Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 5-də anadan olub. Müxtəllif illərdə Şövkət Ələkbərova, İslam Rzayev, Flora Kərimova, Elmira Rəhimova, İlhamə Quliyeva, Akif İslamzadə və başqa sənətçilər Adil Bəbirovun musiqi əsərlərini ifa ediblər. Adil Bəbirov həmçinin kino filmlərə, teatr tamaşalarına da musiqi bəstələyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.