İsraildə Azərbaycan xüsusi xidmət orqanlarını səhv başa düşdülər: ORXAN ƏSƏDOV ƏTRAFINDA QARIŞIQLIQ
ŞƏRH-REAKSİYA

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı dəstənin bir neçə üzvünün həbs edilməsi ilə bağlı yaydığı rəsmi məlumat İsraildə yanlış şərh edilib. 

 

Haqqin.az-ın məlumatına görə, İsrail mənbələri ölkənin “kəşfiyyat dairələrinə” istinadən bildirirlər ki, həmin əməliyyat zamanı həbs olunanlardan biri ötən il Kiprdə israilli iş adamlarına qarşı uğursuz sui-qəsd cəhdində iştirak edib. 

Ariel Koqan Jewish Press-də yazır ki, bu adam ötən ilin sentyabrında Kiprdə həbs edilmiş Orxan Əsədovdur. Bəs necə olub ki, O.Əsədov Kipr həbsxanasında ola-ola “Azərbaycana qayıdıb” və yenidən yerli xüsusi xidmət orqanları tərəfindən həbs edilib?

 

Müəllif əvvəlcə xatırladır ki, 2021-ci il sentyabrın 28-də Kipr Respublikasının xüsusi xidmət orqanları adaya Rusiya pasportu ilə gələn 38 yaşlı Azərbaycan vətəndaşı Orxan Əsədovu saxlayıblar. O,  Şimali Kipr Türk Respublikası ilə sərhədi Azərbaycan pasportu ilə keçərək Larnak şəhərinə gəlib, mənzil və iki avtomobil kirayələyib. Daha sonra həmin şəxs qeyri-qanuni olaraq adanın cənub hissəsinə qayıdıb və orada bir neçə gün Larnakın Anqumi biznes rayonundakı ofislərin fəaliyyəti ilə bağlı  müşahidə aparıb.

 

Bu ərazidə adada yaşayan israilli iş adamlarının (xüsusən də İsrail Müdafiə Nazirliyinin icazəsi ilə Fars körfəzinin ərəb ölkələrinə xüsusi texnika satan) şirkətləri yerləşir. O.Əsədovun şübhəli hərəkətləri binanın videomüşahidə sistemi tərəfindən qeydə alınıb. O, yerli təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb. Saxlanılarkən üzərindən səsboğucusu olan tapança aşkar edilib. Daha sonra Əsədovla əməkdaşlıq edən Pakistan və Livan vətəndaşları da ələ keçiriliblər. 

Dindirilmələr zamanı məlum olub ki, O.Əsədov “Sepah-e-Qüds” agentləri tərəfindən ələ alınıb və Suriyada təlim keçib. Onun vəzifəsi ya bir neçə israilli iş adamını öldürmək, ya da onlardan birini İranın Müdafiə Nazirliyində işləyən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvü, nüvə fiziki, "İranın nüvə proqramının atası" - 2020-ci il noyabrın 27-də öldürülən Möhsün Fəxrizadənin qətlinə cavab olaraq qaçırmaq idi.


“İsrail mənbələri iddia edirlər ki, həmin O.Əsədov Azərbaycan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Əgər bu belədirsə, o zaman onun Azərbaycana necə qayıtdığı bəlli deyil”, - deyə müəllif təəccüblənir.

 

Halbuki Azərbaycan DTX-sının yaydığı rəsmi məlumatda Orxan Əsədovun həmin əməliyyat zamanı saxlanılması barədə  heç nə yoxdur. Orada Əsədov Orxan Fərman oğlunun saxlanılan qruplaşma üzvlərini Suriyada hərbi təlimlərə cəlb edənlərdən biri olduğu və onun “üçüncü ölkənin ərazisində” terror aktı törətmək istəyərkən yaxalandığı bildirilir.

 

Qeyd edək ki, Kipr məhkəməsində Orxan Əsədovun işi üzrə dinləmələr bu ilin yayında başlayıb. O, çoxsaylı cinayətlərdə, o cümlədən terrorda ittiham olunur. Hazırda O.Əsədovun işi üzrə məhkəmə prosesi qapalı keçirilir. Saxlanılan şəxs əslində Rusiya vətəndaşıdır və məhz Rusiyada İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunaraq “Hüseynçilər” adlı qruplaşmaya qoşulub. İsrail mənbələri Mossadın Əsədovun fəaliyyətini hələ Rusiyada olarkən izlədiyini və daha sonra Kiprdə ələ keçirilməsində iştirak etdiyini bildiriblər.

 

Haqqin.az xatırladır ki, Mossad-ın direktoru David Barnea da bu yaxınlarda O. Əsədovun tutulması əməliyyatından danışıb. İsrail kəşfiyyatının xaricdə terror aktlarının qarşısının alınması istiqamətində fəaliyyətindən danışaraq, Kiprdəki əməliyyatı xüsusi qeyd edib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.