Mətbuat katibi milyarderin evindəki axtarışdan danışdı - “MƏSƏLƏ BAĞLANIB”

Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədov barəsində Azərbaycanda hər hansı cinayət təqibi yoxdur. 

 

Bunu “Turan” Agentliyinə milyarderin mətbuat katibi Müşviq Əlizahid F.Əhmədovun villasında və müəssisələrində axtarış aparılması və hətta onun saxlanılması haqda KİV-də yayılan məlumatları şərh edərkən deyib.

 

Onun sözlərinə görə, F.Əhmədovun yalnız Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.

 

M.Əlizahid qeyd edib ki, axtarış zamanı heç nə müsadirə də olunmayıb. 

 

“Görünür, bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb”, -  deyə M.Əlizahid bildirib.

 

“Fərhad Əhmədovun saxlanılması haqqında məlumat həqiqətə uyğun deyil, o, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir”, - deyə milyarderin mətbuat katibi əlavə edib.

 

Qeyd edək ki, Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.

 

Onu da xatırladaq ki, F.Əhmədov Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda ABŞ hökumətinin və Aİ-nin sanksiyalarına məruz qalıb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.