Cənubi Azərbaycanda silahlı toqquşmalar - ETİRAZ ZONASI GENİŞLƏNİB
YENİLƏNİB, VİDEO

Şənbədən bazara keçən gecə İranın şimalında və şimal-qərbində onlarla böyük yaşayış məntəqəsində etirazçılarla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar davam edib.

 

“Turan” yerli mənbələrə istinadən bildirir ki, etiraz zonası genişlənib. Ən şiddətli toqquşmalar kürdlərin məskunlaşdığı ərazidə gedir.

 

Gecə saatlarında Mahabad şəhərinə hərbi hissələr və ağır texnika yerdilib. Etirazçılar yolları bağlayır, avtomobillərin təkərlərini yandırırlar.

 

Digər etiraz mərkəzi Sənəndəc və Xoy şəhərləri olub ki, burada da kütləvi nümayişlər və polislə toqquşmalar baş verir.

 

Son məlumatlara görə, gecə saatlarında Tehran yaxınlığındakı hərbi anbarlarda partlayış baş verib və bu partlayış paytaxtın özündə də aydın eşidilib.

 

Tehran rejimi etirazların Amerika və İsrail tərəfindən təşkil edildiyini iddia etməkdə davam edir.

 

** 13:54(19.11.2022)

 

İran KİV-lərinin yaydığı məlumata görə, cümə günü Urmiya əyalətində (İranın şimalı) dövlət müəssisələrinə və hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı silahlı hücumlar davam edib. Belə ki, Mahabad və Piranşəhr və Bukan şəhərlərində iğtişaşlar silahlı mərhələyə keçib.

 

Bu yerlərdən yayılan videokadrlarda polisə və təhlükəsizlik qüvvələrinə atəş açan silahlı qiyamçılar əksini tapıb.

 

Bir sıra dövlət qurumlarının əmlakı məhv və talan edilib. 










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.