
“TRT Haber” kanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziyadan qayıdarkən təyyarədə Suriya və İraqın şimalında PKK terrorçularına qarşı əməliyyata başlamaq əmrini necə verdiyinin görüntülərini nümayiş etdirib.
Senzor.az bildirir ki, telekanalın yaydığı görüntülərdə Türkiyənin müdafiə naziri Hulusi Akar mövcud vəziyyətlə bağlı Ərdoğana məlumat verir və imzalamaq üçün ona sənəd təqdim edir. Prezident də həmin sənədi yerindəcə imzalayır.
Senzor.az