
Erməni hərbçilərinin Azərbaycan əsgərlərini təxribat törətməyə təhrik etmələrinin görüntüləri yayılıb.
Oxu.az xəbər verir ki, videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığındakı postda lentə alınıb.
Görüntülərdə içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə, söyüş söyməklə Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, sanki onlara qarşı silah tətbiq edilməsinə çalışırlar.
Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır. Və bu vəziyyətdə Azərbaycan əsgərini silaha əl atmaqdan və hansısa növbəti erməni anasını gözüyaşlı qoymaqdan yalnız onun təmkinli davranışı və soyuqqanlılığı xilas edir.