Rəsul Quliyev İlham Əliyevə məktub yazdı: “MƏN ƏMİNƏM Kİ...”

Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə YAP-ın sədri, Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 

Senzor.az bildirir ki, R.Quliyev Ülu Öndər Heydər Əliyevin liderliyi ilə qurulmuş Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətlə Prezident İlham Əliyevi partiyanın bugünkü lideri olaraq səmimi qəlbdən təbrik edib və ona Azərbaycanın şərəfli tarixində uğurlar arzulayıb.

 

R. Quliyev Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin nüfuzunun fundamentində yaradılmış partiya olduğunu, indi də İlham Əliyevin nüfuzuna söykəndiyini bildirib: “Mən əminəm ki, Siz indiki nüfuzunuzdan istifadə edib Azərbaycanı inkişaf etdirəcək hələ çox islahatlara imza atmış olacaqsınız. Şəxsən mən buna əminəm.

 

Hörmətli cənab Prezident, bir daha Sizi, Birinci vitse-prezidenti, Sizin timsalınızda bütövlüklə bu gün dövlətçiliyi inkişaf etdirməyə ürəkdən çalışan komandanızı təbrik edir, Sizə Azərbaycanın və Türk dünyasının dünyada inkişaf etdirilməsində mühüm uğurlar arzulayıram”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.