
Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib.
Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.
**21:24
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimr Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Kremlin təşəbbüsü ilə reallaşan söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, habelə üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələlərinə toxunulub. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.
Xatırladaq ki, bundan əvvəl dövlət başçıları noyabrın 17-də danışmışdılar. Onda da V.Putin Azərbaycan Prezidentinə zəng vurmuş və liderlər iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmişdilər.
Senzor.az