Avropa Parlamenti də Rusiyanı terroçuluğa sponsorluq edən dövlət elan etdi - ATƏT PA-dan SONRA
QƏTNAMƏ

Avropa İttifaqının Parlamenti noyabrın 23-də Strasburqda Rusiya Federasiyasının (RF) Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar onun terrorçuluğa sponsorluq edən dövlət kimi tanınması haqqında qətnamə qəbul edib.

 

Senzor.az bildirir ki, Avropa Parlamentinin saytında yer alan məlumatda belə deyilir.

 

Məlumata görə, Avropa deputatları RF Prezidenti Vladimir Putini və Rusiya hökumətini beynəlxalq tribunal qarşısında məsuliyyətə cəlb etmək üçün zəmin hazırlamaq niyyətindədirlər. 

 

Daxili işlər üzrə Avropa Komissarı İlva Yohansson 18 oktyabr 2022-ci il tarixində bildirib ki, Avropa İttifaqında üçüncü ölkənin terrorçuluğa sponsorluq edən dövlət kimi tanınması üçün hüquqi əsas yoxdur. Buna görə Avropa Parlamenti öz qətnaməsində Aİ-ni və ona daxil olan ölkələri terrorçuluğa sponsorluq edən dövlətləri və terrorçuluğa əl atan dövlətləri müəyyən etmək üçün hüquqi əsas işləyib hazırlamağa çağırıb.

 

Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Parlament Assambleyası (PA) da Rusiya haqqında bənzər qətnamə qəbul edib. 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.