FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham - SƏBƏB NƏ İMİŞ?
VİDEO

Dünən Fövqəladə Hallar Nazirliyinin  (FHN) Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.

 

Senzor.az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 

İddialara görə, FHN Gəncədə işə qəbul elan edib. Vətəndaşlar isə Mərkəzə sıra ilə daxil olmaq əvəzinə, bir-birilərini itələyib güc yolu ilə “qabağa düşməyə” çalışıblar.

 

Bütün bunlar fərqli yanaşmalara və müzakirələrə səbəb olub.

 

Bu gün isə Fövqəladə Hallar Nazirliyi qurumun Gəncə Regional Mərkəzinin qarşısında izdihamın baş verməsi ilə bağlı məsələyə münasibət bildirib. 

 

FHN-dən verilən məlumata görə, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: “Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. 

 

Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür.

 

Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.