Türkiyə Ukraynada pilotsuz uçuş aparatları mərkəzi yaradır - ZELENSKİ ƏRDOĞANA TƏŞƏKKÜR ETDİ

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Savunma” şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıblar.

 
Məlumatı Ukrayna Prezidentinin saytı (president.gov.ua) yayıb.
 
Ukrayna tərəfindən sənədi müdafiə naziri Andrey Taran, Türkiyə tərəfdən isə “Baykar Savunma”nın baş direktoru Haluk Bayraktar imzalayıb.
 
“Biz bu anı çoxdan gözləyirdik. Bu, bizim üçün əhəmiyyətli bir hadisədir”, -  deyə Vladimir Zelenski memorandumun imzalanmasından sonra vurğulayıb.
 
Ukrayna dövlətinin başçısı bu layihənin həyata keçirilməsinə dəstək verdiyi üçün öz adından və Ukrayna xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib: “Bu, irəliyə doğru böyük bir addımdır. Prezident Ərdoğana minnətdaram. Bu, Ukraynanın suverenliyi və müstəqilliyinə əsl dəstəkdir”.
 
Məlumatda həmçinin qeyd olunur ki, Vasilki yaxınlığında inşa ediləcək mərkəzdə türkiyəli mütəxəssislər “Bayraktar” pilotsuz uçuş aparatının istismarı ilə əlaqədar ukraynalılara kadr hazırlığı da keçəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.