Baş Prokurorluq polis əməkdaşının arvadını güllələyərək öldürməsi haqda - YENİLƏNİB

Baş Prokurorluq Bakıda polis əməkdaşının  arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb.
 
Senzor.az bildirir ki, qurumun Mətbuat xidmətindən verilən məlumatda deyilir: “Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.
 
Aparılan araşdırmalarla zərərçəkmişin əri - Nizami Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
 
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
 
**10:34

Azərbaycanda polis əməkdaşı şöbədə həyat yoldaşını xidməti silahla öldürüb.
 
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsi Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.
 
O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı qətlə yetirib.
 
İ.Məmmədov saxlanılıb.
 
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.