Gültəkin Hacıbəyli sərbəst buraxıldı
YENİLƏNİB

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.


Bu barədə APA-ya Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.


O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb: “Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.


Gültəkin Hacıbəyli ölkədə olmadığına görə, onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.


**10:17

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanıldığı barədə məlumat yayılıb.


Modern.az xəbər verir ki, onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.

 

Milli Şura üzvləri bildiriblər ki, G.Hacıbəyli barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanılıb, özünün isə bundan xəbəri olmayıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. 

 

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş.

 

Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.