Vahid Ələkbərovu 25 il sonra Azərbaycandakı biznesinə qaytaran səbəb - NƏ BAŞ VERİR?

Ötən günün ən önəmli biznes xəbəri Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycanda yerləşən “Swap” neft-qaz yatağında 25% səhmə sahib olması xəbəri idi. Böyük Britaniyanın “BP” neft nəhəngi layihədəki payının 25%-ni “Lukoyl”a satsa da, layihədə daha 25% payı qalıb. “Swap”ın daha 50%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
 

Başqa bir maraqlı məqam, “Lukoyl” prezidentinin milliyətcə azərbaycanlı Vahid Ələkbərov olması ilə bağlıdır. İş adamı və rəhbərlik etdiyi “Lukoyl” şirkəti Azərbaycandakı biznesi uzun illər eyniadlı brend altında çalışan yanacaqdoldurma məntəqələri və “Şahdəniz” qaz yatağında 10%-lik payla məhdudlaşırdı.
 
1994-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində Azəri-Çıraq-Günəşli neft yatağının istismarında aktiv iştirak edən “Lukoyl” sonradan öz payını sataraq Azərbaycan bazarından çıxmışdı.
  
Amma şirkət son 2 ildə Xəzər dənizi hövzəsində aktivliyini artırıb. Rusiyanın ən böyük özəl şirkəti yaxın perspektivdə dənizin Azərbaycan, Türkmənistan və Qazaxıstan hövzəsini öz biznesi üçün prioritet seçdiyini elan edib.
 
Vahid Ələkbərov Qazaxıstanla ən böyük geoloji kəşfiyyat layihələrindən birinin - Xəzər şelfindəki “Əl-Fərabi” blokunun işlənməsi haqda müqavilənin bağlanmasında həlledici rol oynayıb. Həmçinin, Azərbaycanla Türkmənistanın birgə istismar edəcəyi “Dostluq” neft yatağının operatoru olmaq da Ələkbərovun gələcək neft strategiyasının tərkib hissəsidir.
 
Vahid Ələkbərovun tədricən bzinesini Azərbaycan və digər Xəzəryanı ölkələrə yönəltməsi davamlı tendensiya halına gəlib.
 
Maraqlıdır, iqtisadçılar “Swap” layihəsinə “Lukoyl” şirkətinin qoşulmasını necə dəyərləndirir? Həm iqtisadi, həm də siyasi baxımdan Rusiya şirkətinin Azərbaycan neftində pay sahibi olması nələrdən xəbər verir?
 
İqtisadçı İlham Şaban modern.az-a danışarkən Azərbaycan üçün “neft era”sının bitdiyini söyləyib. O, “Lukoyl” şirkətinin Azərbaycan sektorunda pay sahibi olmasında xüsusi əhəmiyyətin olmadığını bildirib: “Bir layihədə alqı-satqı əməliyyatları varsa,   demək ki, investorların həmin layihəyə marağı var.  Rusiya şirkəti yox, Mozambik şirkəti olsa belə bizim üçün neft erası bitməyə doğru gedir. Azərbaycan 11 il bundan öncə neftin pik həddi dövrünü keçib. “Lukoyl”un Şahdənizdə 1996-cı ildən 10% payı var.  Ölkədə isə   50-yə yaxın yanacaqdoldurma məntəqəsi var.  Azərbaycanda Rusiya şirkətinin olmasının bizim üçün önəmi yoxdur.”
 
 Qeyd edək ki,  Vahid Ələkbərovun şəxsi sərvəti 27,2 milyard dollar təşkil edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.