“Toponimlərimizi niyə təhrif edirsiniz?” – RUSİYA SÜLHMƏRAMLILARININ KOMANDANI REAL TV-nin SUALINI CAVABLANDIRDI
VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusya sülhməramlıları kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan Müdafiə Nazirliyinin, qurumun rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını uydurma erməni toponimləri ilə qeyd etmsinə münasibət bildirib.

 

Senzor.az bildirir ki, o, bununla bağlı REAL TV-nin sualını cavablandırıb.

 

General-mayor Andrey Volkov deyib: “Mən buradan bir daha elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq.

 

Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim “generalştab”ın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək, Azərbaycanda necə səslənirsə, elə də yazırıq.

 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında isə adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa, elə də yazırıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.