İran Ermənistana müasir raket kompleksləri bağışladı – REAL TV-dən MOLLA REJİMİNİN ANTİ-AZƏRBAYCAN SİYASƏTİNİ İFŞA EDƏN NÖVBƏTİ SÜBUT
VİDEO

“Yalan nifaq qapılarından biridir. İslam dinində belə buyurulur. Əslində bu ifadə müqəddəs dini özündə hakim tutan ölkələrin möhürüdür. Amma İran xaric olmaqla”.

 

Senzor.az bildirir ki, REAL TV-nin bu gün yaydığı süjetdə belə deyilir. 

 

Qeyd olunur ki, molla rejimi çirkin əməllər törətməklə həmin nifaq qapısını Azərbaycan üçün taybatay açır, yalana çiyin verir. Daha doğrusu, dəstək duraraq Ermənistana yan durur: “Bu məkrli planlar dəfələrlə sübuta yetirilsə də İran tərəfindən danılıb.

İndi sizə deyəcəklərimiz islam pərdəsinə bürünən Tehran rejiminin Azərbaycana qarşı atdığı növbəti düşmənçilik addımlarını təsdiq edir.

 

Xatırlayaq ki, son günlər mətbuatda İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlər haqda xəbərlər yayılır. Mediada noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi ilə bağlı sübutlar təqdim edilib.

Hələ bu azmış kimi iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl - oktyabr ayının sonlarında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də, bu silah - 500 ədəd "Dehjlaviyeh" və 100 ədəd "Almas" tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən... hədiyyə edilib!

 

"Dehlaviyeh" Tank Əleyhinə İdarəolunan Raket 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, "Almas" kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranın özündə bu komplekslər az qala dünyada analoqu olmayan, ən əsası isə molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effketli kompleks hesab edilir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş "Almas"la "Dehjlaviyeh" İsrailin "Merkava" və ABŞ-ın "Abrams" tanklarını "rahatlıqla" məhv etməyə qadirdir.

 

İndi belə bir sual ortaya çıxır. İranın Ermənistana hədiyyə etdiyi bu raketləri İrəvan hansı dövlətə qarşı istifadə edə bilər? Təbii ki, Azərbaycana. Yəni İran raketlərin məhz Azərbaycana qarşı istifadə oluna biləcəyini bilərək onları hədiyyə edir. Bu o deməkdir ki, yaralanan və ya şəhid olan hər bir azərbaycanlının qanı həm də özünü “islam respublikası” adlandıran İranın əlində olacaq.

 

İrandan Ermənistana raket bəxşişi ilə bu ölkədən Qarabağa məramı gizli olan 27 nəfərlik iki dəstənin keçməsinin, təxminən eyni vaxta düşməsi təsadüfdürmü? Yoxsa iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gəliblər? Bəlkə elə buna görə Ermənistana hədiyyə olunmuş silah sursatın bir qismi sülhməramlıların qanadı altında özünü çox rahat hiss edən separatçı-terrorçu dəstələrə ötürülüb.

Hər halda Birinci Qarabağ Müharibəsi zamanı da, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə də, 44 günlük Vətən Müharibəsi vaxtı da İranın Azərbaycana qarşı fəaliyyəti və işğalçı Ermənistanla işbirliyi haqda kifayət qədər fakt var. İndi İranın Ermənistanla bu silah sövdələşməsi Tehran rejiminin Azərbaycana qarşı atdığı növbəti düşmənçilik addımıdır.

 

Azərbaycan İranın xainliyini daha çox 44 günlük müharibə zamanı yaşadı, gördü. Azərbaycan hərbi bölmələrinin mövqelərinin geolokasiya ilə erməni tərəfə ötürülməsi, Azərbaycana məxsus PUA-lara qarşı radio-elektron mübarizə vasitələrinin erməni tərəfə verilməsi, Azərbaycan Ordusunun hücum əməliyyatını saxlamaq üçün Xudafərin istiqamətində süni maneələr yaradılması ilə Tehranın Azərbaycana qarşı indiyədək gizli apardığı düşmənçilik siyasətini artıq açıq müstəviyə keçirməsinin şahidi olduq.

 

Məhz buna görədir ki, Azərbaycan Ordusu sonu qabiliyyətlə bitən 44 günlük Vətən Müharibəsində 2907 nəfər şəhid verdi. Bu da bir daha İranın əlinin şəhid qanına batdığını sübut edir, adında “İslam” sözü olan bir dövlətin yenidən Ermənistana hücum silahı verməsi İran rejiminin əsl mahiyyətini ortaya qoyur”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.