İsrail İranın raket bazasını vurub? - “SEPAH”ın GİZLİ MƏRKƏZİNDƏKİ PARTLAYIŞLA BAĞLI ŞOK İDDİA

Sentyabrın 27-də Tehranın qərbində SEPAH-a aid gizli raket mərkəzində güclü partlayış baş verib. 
 
Ovqat.com xəbər verir ki, iddianı “İmicset İnernational” Peyk Məlumatları Şirkəti irəli sürüb və partlayışın peyk görüntüsünü yayıb.⤵️

انتشار عکس‌های ماهواره‌ای از انفجار شدید یک مرکز مخفی موشکی سپاه پاسداران در غرب تهران

İddianı SEPAH-ın 2 gün əvvəl yaydığı bir məlumatı da təsdiqləyir. SEPAH həmin məlumatda öz hərbi bazasının vurulduğunu gizlətməyə çalışsa da, adını çəkmədiyi bir tədqiqat mərkəzində baş verən yanğında iki üzvünün öldüyünü bildirmişdi.
 
“İmicset İnernational” habelə bildirib ki, sözügedən gizli raket bazası “Şəhid Himmət” Sənaye Qrupuna məxsusdur.
 
Peyk görüntülərinə əsasən, binanın təxminən dördə biri dağılıb. 
 
İran rəsmi xəbər agentliklərinin yazdığına görə, Kərəcin Fərdis bölgəsinin bələdiyyə başçısı tərəfindən bir meydanın adı Mürtəza Kərimi qoyulub. Adıçəkilən şəxsin 3 gün öncə “Sepah”ın Məlard bölgəsində yerləşən araşdırma mərkəzində partlayış nəticəsində öldüyü bildirilir.
 
Rəsmi “İRNA” ajansı “Sepah”ın partlayışda həyatını itirmiş iki üzvünün adlarını Hüseyn Abedi və Mürtəza Kərimi kimi qeyd edərək bildirib ki, onlar “Sepah”ın Məlard vilayətinin Bidgənə bölgəsində yerləşən təhqiqat mərkəzində baş verən yanğın zamanı ölüblər.
 
 Hücumun kim tərəfindən edildiyi bilinməsə də, İranda İsraildən şübhələnirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.