Gürcüstan polisi Saakaşvilinin saxlanılma görüntülərini yaydı - YENİLƏNİB, VİDEO
Gürcüstanın Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin ölkədə saxlanılmasını əks etdirən videogörüntülər yayıb.
 
Görüntülərdə sabiq prezidentin Tbilisidə polis bölməsinə aparılması əks olunub.
 
M.Saakaşvilinin daha sonra Rustavi şəhərində həbsxanalardan birinə aparıldığı bildirilir.
 
“Report” bildirir ki, bu arada Gürcüstan ombudsmanı Nino Lomcariya sabiq prezident Mixail Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanasına gedib.
 
O, sabiq dövlət başçısının saxlanma şəraiti ilə tanış olacağını, saxlanılan şəxs kimi onun hüquqi statusu ilə maraqlanacağını bildirib.


**19:52

Batumi şəhərində olduğu iddia edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb.

“Exo Kavkaza” bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat verib.
 
Baş nazir bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarətdə saxlanılıb.
 
İ. Qaribaşvili Gürcüstanın daxili işlər nazirinin və Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbərlərinə minnətdarlığını ifadə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.