AvroParlamentin Azərbaycanı təcavüzdə ittiham edən sədr müavini səlahiyyətlərindən məhrum edildi
KORRUPSİYA QALMAQALI

Avropa Parlamentinin sədri Roberta Metsola Eva Kaylini müavini səlahiyyətlərindən məhrum etmək qərarına gəlib.

 

İtaliyanın ANSA agentliyi bu barədə Avropa Parlamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Belçika hakimiyyət orqanları tərəfindən davam edən araşdırma fonunda R.Metsola Avropa Parlamentinin vitse-prezidentinin bütün səlahiyyətlərini Eva Kaylidən almaq barədə qərar verib və bu qərar dərhal qüvvəyə minir.

 

Digər təfərrüatlar barədə məlumat verilməyib.

 

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.

 

Senzor.az qeyd edir ki, Avropa Parlamenti  deputatlarının adları korrupsiya və müxtəlif ölkələrin siyasi və maliyyə maraqlarının qanunsuz lobbiçiliyi hallarında ilk dəfə deyil ki, hallanır.  Brüsseldəki mənbələrin bildirdiyinə görə, Eva Kaylinin nəinki Qətərdə futbol üzrə dünya çempionatının hazırlanması və keçirilməsi ilə bağlı korrupsiyada əli olub, o həm də bir müddət əvvəl Avropa Parlamentində erməni lobbisinin maraqlarına xidmət etməkdə təqsirli bilinib. 

 

Belə ki, ötən il noyabrın 19-da Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı “Ermənistana təcavüz etməkdə” ittiham edən bəyanat imzalayıb. O cümlədən, bəyanatda iddia edilib ki, Azərbaycan Silahlı Qüvvələri 2021-ci il noyabrın 16-da Ermənistanın şərq sərhədi boyunca hücuma keçərkən guya bu ölkənin ərazi bütövlüyünü pozub.

 

Bəyanat müəllifləri beynəlxalq təşkilatları, o cümlədən Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borreli “Azərbaycanın Ermənistana təcavüzünün qarşısını almaq üçün” bütün təsir imkanlarından istifadə etməyə çağırıblar.

 

Bu bəyanatı imzalayan 33 deputatın hamısı, Eva Kayli də daxil olmaqla, Avropada ən böyük erməni təşkilatı olan “Ədalət və Demokratiya Uğrunda Ümumavropa Erməni Federasiyası” ilə sıx bağlı olan Avropa Parlamentindəki “Ermənistan Dostluq Qrupu”nun üzvləri idi. Federasiya onun prezidenti, erməni milyarder Kaspar Karapetyan tərəfindən maliyyələşdirilir.


Artıq dəqiqləşdirilib ki, qeyri-qanuni almaz biznesi, o cümlədən Afrikanın münaqişə bölgələrindən Avropaya almaz qaçaqmalçılığı ilə məşğul olan Belçikadakı erməni mafiyasının “xaç atası” Kaspar Karapetyan Yunanıstanda anadan olub və həmçinin Lüksemburq və Ermənistan vətəndaşlığına malikdir.

 

Xarakterikdir ki, Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”na Karapetyanın yaxın dostu Lukas Farlas rəhbərlik edir.

 

Açıq mənbələrə görə, Karapetyanın topladığı gəlirin bir hissəsi Qarabağdakı separatçı hərəkatın maliyyələşdirilməsinə sərf edilib. Bundan başqa, Karapetyan Avropada fəaliyyət göstərən radikal erməni təşkilatlarına dəstək üçün də xeyli vəsait ayırır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.