
Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyi Baş Əməliyyat İdarəsinin keçmiş rəisi general-mayor Elbrus Orucov azərbaycanlı jurnalist, rusdilli haqqin.az portalının rəhbəri Eynulla Fətullayevə daha bir müsahibə verib.
Rusiya “QRU”su (Главное Разведывательное Управление – Baş Kəşfiyyat İdarəsi) öz agentlərini Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə yerləşdirə bildimi? Generallar Nəcməddin Sadıkov, Şahin Musayev və Elbrus Orucovun özü niyə Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham olunurdular? Baş Qərargah rəisi Nəcməddin Sadıkovla müdafiə naziri Səfər Əbiyev arasında maraq savaşı nə üstündə baş verdi? Türk təlimatçılarını Azərbaycan Ordusundan kim qovub? Bəs erməni hərbi rəhbərləri Azərbaycan Müdafiə Nazirliyinin hərbi xəritələrini necə əldə ediblər?
Senzor.az haqqin.az-a istinadən həmin maraqlı söhbəti təqdim edir. Mütləq baxın, bir çox sirlərdən agah olacaqsınız...