Saakaşvili tanınmaz halda - GİZLİ KAMERA ÇƏKİLİŞLƏRİ
VİDEO

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti ölkənin həbsdə olan üçüncü Prezident Mixail Saakaşvilinin müalicə aldığı klinikadan videogörüntülər yayıb.

 

Senzor.az “Sputnik Qruziya”ya istinadən bildirir ki, vaxt işarələrinə görə 2022-ci ilin sentyabr-dekabr ayları arasında çəkilmiş kadrlarda Saakaşvilinin tibb işçilərinə qışqırdığı, eyni zamanda onlara yemək və butulka atdığı, çarpayıdan yıxıldığı və əsəbiləşdiyi görünür.

 

Eyni zamanda, kadrlardan görünür ki, əgər oktyabrda Saakaşvili müstəqil hərəkət edibsə, dekabrda onun artıq dəstəyə ehtiyacı var.

 

“Bu videomaterialda məqsədi ədalətin həyata keçirilməsinə mane olmaq, cəmiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq olan Mixail Saakaşvilinin simulyant hərəkətləri açıq şəkildə görünür”, - Xidmətin bəyanatında deyilir.

 

Penitensiar xidmət eyni zamanda, videonu ictimailəşdirmək qərarına gəldiyini sabiq prezidentin personasına və başına gələnlərə olan yüksək ictimai maraqla izah edib.

 

Yeri gəlmişkən, Mixail Saakaşvili bu gün keçirilən məhkəmədə onlayn iştirakının təmin edilməməsinə etiraz olaraq elan etdiyi aclıq aksiyasını dayandırdığını açıqlayıb.

 

Sabiq Prezident vəkili Vaxtanq Baramaşvilinin vasitəsi ilə paylaşdığı məktubunda qərarını Avropa Parlamentinin deputatlarının xahişi və verdiyi vədləri ilə əlaqələndirib.

 

Qeyd edib ki, parlamentarilər onu qətiyyətlə aclıq aksiyasını dayandırmağa çağırıblar və hüquqlarının təmin edilməsi üçün bütün diplomatik səyləri səfərbər edəcəklərinə söz veriblər: “Aclıq aksiyamı dayandırmağımın səbəblərindən biri, mənim sağlamlığıma qəsdən zərər vurduğumu tənqid edənlərə əsas verməməyimdir. İkinci və əsas səbəb odur ki, avropalı parlamentarilər məni qəti şəkildə aclıq aksiyasından əl çəkməyə çağırdılar və minimum hüquqlarımı qorumaq üçün daimi monitorinq aparmağa söz verdilər”.


Senzor.az










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.