
Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan TIR sürücüsü ölüb.
Bu barədə DİN-dən məlumat verilib.
1992-ci il təvəllüdlü Elçin Atayev yerləşdirildiyi Siyəzən Müalicə Diaqnostika Mərkəzində keçinib.
Bununla da ölənlərin sayı 7-yə çatıb.
**10:58
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Vita" markalı mikroavtobusla TIR toqquşub.
Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.