
“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev Qarabağ iqtisadi zonasında faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı süjet hazırlayıb.
O, süjetdə aksiyaya kölgə salanları sərt tənqid edib: “Bacarırsızsa, dəstək verin, qoşulun. Bacarmırsızsa, öz murdar nəfəsinizlə Şuşanın müqəddəs dağlarını murdarlamayın. Qələbəmizə sevinməyə mərdliyiniz, cəsarətiniz, kişiliyiniz, qadınlığınız çatmırsa, çatmasın. Hər kəsin çatışmazlığı ola bilər. Amma dövlətə, onun siyasətinə, xalqa, millətə, milli fədakarlığa çirkab atmayın! Sadəcə, yolumuzdan çəkilin!”.
Senzor.az həmin süjeti təqdim edir: