Ankaradan İrəvana enən təyyarə: kimlər gəldi və ya kimlər getdi? - RƏSMİ CAVAB

Bu günlərdə mediada yayılan xəbərlərdən bəlli olduğu kimi,  sentyabrın 23 -də Ankaradan İrəvana çarter reysi həyata keçirilib. Başqa sözlə, bir özəl Türk təyyarəsi  Ermənistan paytaxtına enib.
 
Moderator.az   xəbər verir ki,  Ermənistanın 168.am nəşri olayla bağlı bəzi detalları aydınlaşdıra bilib.
 
"Ermənistan Mülki Aviasiya Komitəsi ilə Türkiyənin özəl təyyarəsinin Ankaradan İrəvana hansı məqsədlə çarter reysi həyata keçirdiyini aydınlaşdırmağa çalışdıq. Komitə bizə sualı yazılı şəkildə göndərməyi təklif etdi, bu da edildi. Və indi, yalnız bir həftə sonra həmin qurumdan cavab aldıq.
   “24 sentyabr 2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, bu ilin 23 sentyabrında Türkiyənin “VIZYON HAVACILIK”  hava yolu şirkəti “CESSNA CITATION XLS” təyyarəsi ilə Ankara-İrəvan-Bodrum çarter iş uçuşu həyata keçirmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu reyslə İrəvana heç bir sərnişin çatdırılmayıb və iki xarici vətəndaş İrəvandan göstərilən təyyarədə havaya qalxıb”- komitənin cavabında belə deyilir.
 
Yəni Türkiyədən Ermənistana hava məkanı açıqdır və Türkiyənin özəl təyyarələrinin Ermənistana çarter uçuşları olduqca mümkündür.
 
Bu çarter biznes reysinin Ermənistanla Türkiyə arasında "investisiya" əlaqələrinin yaranması və ya Paşinyanın haqqında danışdığı Türk siqnalları ilə əlaqəsi olub-olmadığını zaman göstərəcək”.
 
Qeyd edək ki, bəzi mənbələrin məlumatına görə, sözügedən təyyarə Ermənistan paytaxtına enən gün, yəni sentyabrın 23-də 10-dan çox erməni media qurumundan olan müxbirlər Ermənistanın Mülki Aviasiya Komitəsinin qarşısına toplaşıb. Guya   həmin vaxt  qeyri-rəsmi mənbələrdən təyyarənin göyərtəsində Türkiyənin nüfuzlu şəxslərindən biri olduğu və Ermənistana Paşinyanla Zəngəzur dəhlizinin açılışı ilə bağlı bəzi məsələlərdə olan problemlərin müzakirəsi üçün gəldiyi bildirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.